Ən çox verilən suallar

Sizi maraqlandıran suallara qısa cavablar

Almaniyada iş, viza, Ausbildung, diplomun tanınması və konsultasiya ilə bağlı ən çox verilən sualları burada topladıq.

İş vizası üçün əvvəlcədən iş müqaviləsi tələb olunur. Lakin bəzi hallarda Chancenkarte — Fürsət kartı kimi alternativ yollar da mövcuddur.
Əsasən minimum A2 və ya B1 səviyyəsində alman dili və uyğun Ausbildung yeri tapmaq tələb olunur. Qalan proses düzgün sənədləşmə və müraciətlə davam etdirilir.
Bu, müraciət etdiyiniz peşə və sahədən asılıdır. Bəzi peşələrdə diplomun tanınması mütləqdir, bəzi sahələrdə isə tələb olunmaya bilər.
Bəzi hallarda mümkündür. Lakin əksər iş yerləri və Ausbildung proqramları üçün minimum dil səviyyəsi tələb olunur.
Müddət müraciət növünə, konsulluğa və sənədlərin düzgünlüyünə görə dəyişir. Proses bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.
Saxta iş təklifləri ilə qarşılaşmaq mümkündür. Şirkətin, müqavilənin, əlaqə məlumatlarının və təklifin şərtlərinin diqqətlə yoxlanılması vacibdir. Bunun üçün əlavə analiz xidmətindən də yararlana bilərsiniz.
Xeyr. Doğru məlumat və düzgün istiqamətləndirmə ilə bir çox prosesi özünüz də həyata keçirə bilərsiniz.
Konsultasiya zamanı mövcud vəziyyətiniz təhlil olunur, sizə uyğun ola biləcək viza yolu müəyyənləşdirilir və atmalı olduğunuz növbəti addımlar aydın şəkildə izah edilir.
Konsultasiya əsasən məlumatlandırma, vəziyyətin təhlili və istiqamətləndirmə üçündür. Digər xidmətlər ayrıca təqdim oluna bilər.