Ödənişsiz məlumat bələdçisi

Almaniya vizaları haqqında doğru məlumatı etibarlı mənbələrdən öyrənin

Bu səhifədə Almaniyaya iş, Ausbildung, təhsil, ailə birləşməsi, Fürsət kartı və digər məqsədlərlə gəlmək istəyən şəxslər üçün əsas viza yolları sadə və anlaşılan formada izah olunur.

Məlumatların mənbəyi: Bu bələdçidə təqdim olunan məlumatlar Almaniyanın rəsmi dövlət qurumlarının, xarici nümayəndəliklərinin və aidiyyəti rəsmi platformalarının yayımladığı məlumatlar əsasında hazırlanır. Hər bir mövzunun sonunda istifadə olunan rəsmi mənbələrə keçidlər ayrıca göstərilir. Məqsədimiz qulaqdan-qulağa yayılan, mənbəyi bilinməyən məlumatları deyil, mümkün qədər düzgün və yoxlanıla bilən məlumatları sizə çatdırmaqdır.
Rəsmi mənbələr Məlumatlar rəsmi qurumların açıqlamaları əsasında hazırlanır.
Mənbə keçidləri İstifadə olunan rəsmi bağlantılar hər mövzunun sonunda göstərilir.
i
Sadə izah Qarışıq viza qaydaları mümkün qədər sadə və aydın dildə izah edilir.

Viza növünü seçin

Almaniyaya gəlmək məqsədinizə uyğun bölməyə keçərək şərtlər, tələb olunan sənədlər və müraciət prosesi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.